Bank Of Baku

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb - FOTOSESSİYA

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 02 may 2015 21:42 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APA. İstanbulda azərbaycanlı rəssam Rəşad Nurinin fərdi rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbulda sənətin mərkəzi səmtlərindən olan Təşvikiyyədəki “Niş” qalereyasında açılmış sərgiyə Türkiyənin sənət ictimaiyyəti  və mediası yaxın diqqət göstərib. Sərgidə sənətkarın fiqur və peyzaj janrlarında işlədiyi yağlıboya tabloları nümayiş etdirilir.  

 

Rəşad Nurinin fərdi sərgisinin açılış mərasimində APA-ya açıqlama verən “Niş” qalereyasının sahibi Nihat Tokat deyib: “Bundan əvvəl də azərbaycanlı  rəssamlarla işləmişdim, ona görə Rəşad Nurinin fərdi sərgisinin açılışına dair təklif gələndə qətiyyən tərəddüd etmədim. Qalereyaçılığın ən önəmli cəhəti eyni rəssamla uzun müddət əməkdaşlıq edə bilməkdir ki, mən də Rəşad bəylə bu cür əməkdaşlıq etməyimizi arzulayıram. Sərginin Türkiyə və Azərbaycan mədəniyyəti baxımından ən önəmli cəhətlərindən biri də onun milli lider Heydər Əliyevin anadan olduğu həftədə keçirilən tədbirlər çərçivəsinə daxil olmasıdır. Heydər Əliyevin vurğuladığı kimi, biz bir millət, iki dövlətik. Ona görə də sənət sahəsindəki əlaqələrimizi maksimum dərəcədə yaxınlaşdırıb inteqrasiya etməliyik”.

 

Qeyd edək ki, 1980-ci ildə Bakıda anadan olmuş  Rəşad Nuri, 2005-ci ildə Dövlət Rəssamlıq Akademiyasını bitirib. Azərbaycan Rəssamlar Birliyinin üzvü olan Rəşad Nuri, yaradıcılıq işlərinə İstanbulda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR