Bank Of Baku

IX Şərq Təranələri festivalında Azərbaycanı muğam ifaçısı Elnarə Abdullayeva təmsil edəcək

IX  Şərq Təranələri festivalında Azərbaycanı muğam ifaçısı Elnarə Abdullayeva təmsil edəcək
# 26 avqust 2013 09:17 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Səmərqənddə keçirilən IX  Şərq Təranələri Beynəlxalq Musiqi Festivalında Azərbaycanı muğam ifaçısı Elnarə Abdullayeva təmsil edəcək. APA-nın məlumatına görə, 25-30 avqust tarixində keçirilən festivalda Elnarə Abdullayevanı “Şirvan” qrupu müşayiət edəcək. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının təmsilçiləri daxildir. Festivalın rəsmi açılışı avqustun 27-də olacaq.

 

IX  Şərq Təranələri Beynəlxalq Musiqi Festivalı Özbəkistan prezidenti İslam Kərimovun təşəbbüsü, UNESCO-nun dəstəyi ilə 1997-ci ildən keçirilir. İki ildən bir baş tutan festivalda 50-dən çox ölkənin musiqi kollektivləri, musiqi xadimləri iştirak edir. Festivalda indiyədən Azərbaycandan xalq artistləri Alim Qasımov, Simarə İmanova, əməkdar artistlər Zabit Nəbizadə, Aygün Bəylər, xanəndə Qoçaq Əsgərov iştirak edib və müxtəlif mükafatlar qazanıblar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR