Bakı. Cavid Zeynalov-APA. Rusiya Federasiyasının Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrının yaradıcı kollektivi mayın 16-dan 18-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olacaq.
Teatrdan APA-ya verilən məlumata görə, kollektiv uşaqlara “Dobriy doktor Aybolit”, böyüklərə isə “Araş” dramatik fantaziyasını təqdim edəcək.
Korney Çukovskinin eyniadlı əsəri əsasında hazırlanan “Dobriy doktor Aybolit” tamaşası mayın 16-dan 18-dək günün müxtəlif saatlarında nümayiş olunacaq.
B.Mandjiyev və V.Yaşkulovun eyniadlı əsəri əsasında hazırlanmış “Araş” dramatik fantaziyası isə tamaşaçılara mayın 18-də təqdim ediləcək.