Bank Of Baku

Kazanda Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası nümayiş olunub

Kazanda Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası nümayiş olunub
# 14 iyun 2013 15:30 (UTC +04:00)

Bakı. TuranŞakir-APA. Şuşa Dövlət Musiqili Dram Teatrı Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli xalqların "Nauruz" XI Beynəlxalq Teatr festivalından qayıdıb. APA-nın məlumatına görə, 10-dan artıq ölkənin teatrlarını bir araya gətirən festivalda 27 tamaşa oynanılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı sənət bayramında Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası ilə çıxış edib.


Rusiya və Macarıstandan olan teatr tənqidçiləri tamaşanı professional rejissor yozumu ilə seçilən səhnə əsəri kimi qiymətləndirib. Quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Azad Məmmədov olan tamaşada rolları əməkdar artistlər İqrar Salamov, Şükufə Musayeva, aktyorlar Püstəxanım Zeynalova, Aybəniz Əhmədova, Azad Məmmədov və başqaları ifa edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR