Bank Of Baku

Kino tarixində ilk dəfə olaraq Azərbaycan filmi Kann festivalının əsas müsabiqələrindən birində nümayişi etdirilib

Kino tarixində ilk dəfə olaraq Azərbaycan filmi Kann festivalının əsas müsabiqələrindən birində nümayişi etdirilib
# 23 may 2014 14:18 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, ümumilikdə doqquz filmin daxil olduğu "Qısa metr" müsabiqə proqramının beş filmi bu gün nümayiş etdirilib və Azərbaycan filmi sonda - beşinci film olaraq tamaşaçılara təqdim olunub.

 

Nazirlikdən bildiriblər ki, filmlər arasında izləyicilərin ən çox alqışlarını məhz "Sonuncu" filmi qazanıb. Nümayişdən sonra filmlərin rejissorları səhnəyə dəvət olunub, dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostami başda olmaqla münsiflər heyəti tamaşaçılara təqdim edilib.

 

"Sonuncu" filmi bu gün Bakı vaxtı ilə saat 19:30-da Festivallar sarayının Debüssi zalında yenidən nümayiş olunacaq. Müsabiqənin nəticələri isə mayın 24-də festivalın bağlanış mərasimində məlum olacaq.

 

Qeyd edək ki, "Sonuncu" filminin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR