Bank Of Baku

Kinorejissor Elçin Musaoğlu: “Son zamanlar kino sahəsində canlanma, intibah hiss olunur”

Kinorejissor Elçin Musaoğlu: “Son zamanlar kino sahəsində canlanma, intibah hiss olunur”
# 03 dekabr 2014 16:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nizami Kino Mərkəzində C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” bədii filminin beynəlxalq nümayişlərinə və müxtəlif mükafatlar qazanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

 

APA-nın məlumatına görə, filmin rejissoru Elçin Musaoğlu bildirib ki, “Nabat” 71-ci Venesiya Beynəlxalq Film Festivalı, Milan Film Festivalı, Çikaqo, San Paulo, Tokio Beynəlxalq Film Festivalı, Manheym-Heydelberq, Hindistan və Mərakeş film festivallarında nümayiş olunub və müxtəlif mükafatlar qazanıb.

 

"Rejissor kimi düşünürəm ki, filmdə vacib olan əsas məsələ yaxşı ideyadır. Pul sonra gələn məsələdir. İstərdim, Azərbaycanda film çəkmə ənənəsi qırılmasın, daha da inkişaf etsin. Azərbaycan kinosunun inkişafında "Azərbaycanfilm" kinostudiyasının rolunu xüsusi qeyd etmək istəyirəm. Son zamanlar artıq kino sahəsində canlanma, intibah hiss olunur. Əlbəttə ki, istehsal olunan filmlərin hamısı uğurlu olmaya bilər. Əsas odur, çəkilişlər davam etsin, ətalət yox, hərəkət olsun", - deyə o vurğulayıb.

 

Rejissor mətbuat konfransında filmin çəkiliş prosesi, aktyor seçimi və başqa məsələlər haqqında sualları cavablandırıb.

 

Qeyd edək ki, "Nabat” filmi yanvar ayında İsveçdə nümayiş etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR