Bank Of Baku

Kinorejissor Ələkbər Muradov vəfat edib - VİDEO

Kinorejissor Ələkbər Muradov vəfat edib - <span style="color: red;">VİDEO
# 01 avqust 2013 07:38 (UTC +04:00)

Ələkbər Muradovun oğlu Murad Muradovun APA-ya verdiyi məlumata görə, rejissor üç ildən bəri qan xərçəngindən əziyyət çəkirmiş: “Bu gün gecə dünyasını dəyişdi. Avqustun 1-i atamın ad günü idi, bu gün 65 yaşı tamam olurdu. Uzun müddət idi xərçəngdən əziyyət çəkirdi”.

 

Qeyd edək ki, Ələkbər Yunus oğlu Muradov 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft Kimya İnstitutunda, daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 40-dan çox filmdə rejissor, operator olub.


Mərhumla vida mərasimi bu gün Əmircan qəsəbəsində keçiriləcək.

 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR