Bank Of Baku

Kukla Teatrı yeni tamaşa ilə çıxış edəcək

Kukla Teatrı yeni tamaşa ilə çıxış edəcək
# 02 oktyabr 2014 13:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası hazırlanır.

 

Teatrın mətbuat katibi Həmidə Rüstəmovanın APA-ya verdiyi məlumata görə, yeni səhnə əsəri Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesinin motivləri əsasında ərsəyə gələcək. Tamaşanın quruluşçusu teatrın baş rejissoru Qurban Məsimovdur.

 

Nəzm formasında təqdim olunan nümunədə uşaqlar fərqli rəssam işi, klassik baxışda yeni kukla modelləri ilə də tanış olmaq imkanı qazanacaqlar.

 

Oktyabrın sonu balacaların ixtiyarına veriləcək tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

 

Birhissəli kukla tamaşasında əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman və başqaları ifa edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR