APA-nın cənub bürosunun məlumatına görə, kiçikyaşlı tamaşaçılarda mərdlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər aşılayan səhnə əsərinin quruluşçu rejissoru respublikanın əməkdar artisti Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Maraqla izlənilən tamaşada əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Əlibala Əsgərov, Miraslan Ağayev, Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Gülər Kərimova, rəqsləri isə teatrın nəzdində fəaliyyət göstərən “Ümid” studiyasının yetirmələri ifa ediblər.