Bank Of Baku

Lənkəran teatrının baş rejissoru Moskvadakı Beynəlxalq Yay Teatr Məktəbinə dəvət olunub

Lənkəran teatrının baş rejissoru Moskvadakı Beynəlxalq Yay Teatr Məktəbinə dəvət olunub
# 15 aprel 2014 14:17 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. İyunun 2-dən 28-nə kimi Moskvada Rusiya Teatr Xadimləri İttifaqının VIII Beynəlxalq Yay Teatr Məktəbi keçiriləcək. Layihə Rusiya Federasiyasının (RF) rəhbərliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. RF Teatr Xadimləri İttifaqının VIII Beynəlxalq Yay Teatr Məktəbində iştirak etmək üçün dəvət olunmuş dünyanın 26 ölkəsindən 86 gənc sənətçinin sırasında Azərbaycandan Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayevin də adı var.

 

Teatrın direktoru Tofiq Heydərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, məktəbin müdavimləri üçün bir ay ərzində Rusiyanın tanınmış aktyor sənəti üzrə müəllimlərinin iştirakı ilə səhnə nitqi, səhnə mədəniyyəti, səhnə hərəkəti ilə bağlı master-klasslar keçiriləcək, akrobatik, ritm, vokal, rus və xarici teatr tarixinə dair məruzələr oxunacaq. Məşğələlər Aleksandr Kalyagin, Lev Dodin, Sergey Jenovaç, Klim kimi görkəmli teatr xadimləri tərəfindən tədris olunacaq.
 

Qeyd edək ki, Tural Mustafayev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Pantomima Teatrında, Gənc Tamaşaçılar Teatrında və Rus Dram Teatrında aktyor işləyib. “YUĞ” teatrının rejissoru olub. 2011-ci ildən Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışır. Bir sıra Beynəlxalq festivalların iştirakçısıdır.

 

Onu da əlavə edək ki, T. Mustafayev Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Almaz Mustafayevanın oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR