Bank Of Baku

Lənkəran teatrının truppası Bakının Qaradağ rayonunda tamaşa oynayıb - FOTOSESSİYA

Lənkəran teatrının truppası Bakının Qaradağ rayonunda tamaşa oynayıb  - <span style="color: red;">FOTOSESSİYA
# 30 noyabr 2014 04:58 (UTC +04:00)

Bakı – Lənkəran. Ağəddin Babayev - APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” tamaşası ilə Bakının Qaradağ rayon mədəniyyət sarayında çıxış edib. Teatrdan APA-nın cənub bürosuna verilən məlumata görə, əməkdar artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərində hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir. Amerika vətəndaşı Ulyam Keytin turist qismində kəndə gəlişi buradakı sakitliyi pozur. Hamı əcnəbinin kəndə gəlişinin əsas məqsədini istədiyi kimi yozur. Amma əslində Keytin əsas məqsədi Azərbaycan əsilli atasını tapmaqdan ibarətdir.

 

Maraqla baxılan tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovundur. Rolları əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Emin Fərzullayev,  Gülər Kərimova, Hikmət Cəfərov, Rauf Zeynalov, Təranə Əzizova və başqaları ifa ediblər.

 

Tamaşanın sonunda teatrın direktoru Tofiq Heydərov səhnəyə çıxaraq göstərilən diqqətə görə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və tamaşanın təşkilatçılarına  minnətdarlığını çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR