Bank Of Baku

Lənkəranda tanınmış rəssam Adil Əsədlinin fərdi sərgisi açılıb - FOTO

Lənkəranda tanınmış rəssam Adil Əsədlinin fərdi sərgisi açılıb - <span style="color: red;">FOTO
# 13 mart 2015 20:26 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin, respublika Rəssamlar İttifaqının və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan sərgi rəssamın anadan olmasının 60 illiyinə yubiley töhfəsi olub. Sərgidə Adil Əsədlinin 50-dən çox rəngkarlıq və qrafika əsəri nümayiş etdirilib.  

 

Bildirilib ki, otuz ilə yaxın müddətdə böyük sənət uğurları qazanan rəssamın Bakıda və Lənkəranda 4 fərdi sərgisi təşkil olunub, əsərləri müxtəlif beynəlxalq miqyaslı sərgilərdə nümayiş etdirilib.  Onun yetirmələri dəfələrlə Misir, Çexiya, Yaponiya, Polşa, Özbəkistan, Türkiyə və digər ölkələrdə keçirilən müsabiqə və sərgilərdə iştirak edərək, diplom, medal və fəxri fərmanlara layiq görülüblər.  

 

1980-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirən A.Əsədli həmin ildən Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru vəzifəsində  çalışır.

 

Hazırda A.Əsədlinin rəhbərlik etdiyi məktəbin onlarla məzunu Azərbaycan və bir sıra xarici ölkələrin rəssamlıq akademiyalarında, məktəblərində təhsil alırlar. Açılış mərasimindən sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar. Sərgi 3 gün davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR