Bank Of Baku

Londonda xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesi əsasında tamaşanın premyerası olub

Londonda xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesi əsasında tamaşanın premyerası olub
# 31 iyul 2013 10:07 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Londonda Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. APA-nın məlumatına görə, əsər “Theatro Technik”in səhnəsində nümayiş olunub.

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Elçinin yaradıcılığı haqqında məlumat verib və mədəniyyətin diplomatiyadakı xüsusi əhəmiyyəti  haqqında danışıb. Səfir qeyd edib ki, müəllifin “Şekspir” pyesi tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

 

Qeyd edək ki, tamaşada hadisələr 1937-ci ildə Bakıda baş verir.

Tamaşanın rejissoru Deyvid Perridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR