Bank Of Baku

Londonda xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq

Londonda xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq
# 09 aprel 2013 13:09 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Böyük Britaniyanın paytaxtı Londonun “Tristan Bates Theatre” teatrında xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında eyniadlı tamaşanın premyerası keçiriləcək.

 

Bu barədə APA-ya Londonda yerləşən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin direktoru Sultan Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, tamaşa aprelin 9-dan 13-dək Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin tərkibində fəaliyyət göstərən ALOFF teatrının dəstəyi ilə təqdim ediləcək. Pyes ingilis dilinə S.Əliyevin özü tərəfindən tərcümə edilib. Tamaşanın rejissoru və aktyor heyəti ingilislərdən ibarətdir.

 

Bu, adıçəkilən qurum tərəfindən Londonda səhnəyə qoyulan 3-cü tamaşadır. Bundan əvvəl cəmiyyət M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” və Elçinin “Şekspir” tamaşalarını ingilis dilində səhnələşdirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR