Bank Of Baku

“Grammy” musiqi mükafatının laureatı məlum olub

“Grammy” musiqi mükafatının laureatı məlum olub
# 09 fevral 2015 10:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Los-Ancelesdə dünyanın nüfuzlu “Grammy” musiqi mükafatının laureatı məlum olub.

 

APA-nın məlumatına görə, “İlin mahnısı” və “İlin musiqi yazısı” nominasiyalarına britaniyalı Sem Smit layiq görülüb. Ona bu mükafatı “Stay with me” mahnısı gətirib. Sem Smit həmçinin “Ən yaxşı yeni ifaçı” nominasiyası üzrə də qalib olub. Bununla da o, “böyük dördlük” nominasiyalarından üçünü qazana bilib. Sonuncu - “İlin ən yaxşı albomu” mükafatına isə amerikalı musiqiçi və bəstəkar Bek Hensonun “Morning Phase” albomu layiq görülüb.

 

Təqdimetmə mərasimindən öncə ABŞ prezidenti tədbir iştirakçılarına videomüraciət ünvanlayıb və musiqi müsabiqəsinin əhəmiyyətindən danışıb.

 

Xatırladaq ki, “Grammy” mükafatı ilk dəfə 4 may 1959-cu ildə təqdim edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR