Bank Of Baku

Meksika Senatında azərbaycanlı rəssam və memar Yavər Rzayevin “Qarabağ mənim xatirimdə” adlı sərgi keçirilib - FOTOSESSİYA

Meksika Senatında azərbaycanlı rəssam və memar Yavər Rzayevin “Qarabağ mənim xatirimdə” adlı sərgi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 oktyabr 2014 11:09 (UTC +04:00)

Bakı – APA. Meksika Senatında ABŞ-da yaşayan azərbaycanlı rəssam və memar Yavər Rzayevin rəsm ekspozisiyalarından ibarət “Qarabağ mənim xatirimdə” (“Karabakh on my mind”) adlı sərgi keçirilib. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, Senatın Xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barronun təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Meksika Konqresi və ölkə ictimaiyyətinin nümayəndələri, diplomatik korpusun üzvləri, habelə Senatın vitse-prezidenti Xose Rosas Arispuro (Jose Rosas Arispuro) iştirak edib.

 

Sərgidə Qarabağın tarixi və təbii landşaftını əks etdirən 11 rəsm nümayiş olunub.

 

Tədbiri giriş sözü ilə açan senator Q. Kuevas sərginin dünyada mədəni müxtəlifliyə və sivilizasiyalararası dialoqa dəstəyin nümayişi və xalqlar arasında mədəni körpü olduğunu bildirib. Sərginin təşkilinə görə səfir İ.Muxtarova təşəkkür edən senator, bu tədbirin cari ilin yanvar ayında Azərbaycana səfər etmiş meksikalı senatorların ikitərəfli əlaqələrin inkişafına yönəlik fəaliyyətinin bariz nümunəsi olduğunu deyib.

 

İştirakçıları salamlayan səfir İ. Muxtarov sərginin Azərbaycan və Meksika mədəniyyətlərinin yaxınlaşmasına xidmət etməklə yanaşı, ikitərəfli əlaqələrin inkişaf göstəricisi olduğunu diqqətə çatdırıb. Meksikanın Amerika regionunda Azərbaycan üçün əhəmiyyətini önə çəkən diplomat Qafqaz və Avrasiya regionunda aparıcı rol oynayan Azərbaycanda Meksika üçün geniş əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.

 

Əslən Qarabağdan olan və hazırda ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevin rəsm əsərlərindən ibarət sərgini açmaqdan fəxarət hissi duyduğunu qeyd edən səfir, onun doğma torpağına olan sevgi və duyğularının bu rəsmlərdə ustalıqla canlandırılan dağ və dərələrin təsvirində təzahür etdiyini söyləyib.

 

Daha sonra çıxış edən Senatın vitse-prezidenti Xose Rosas Arispuro belə tədbirlərin ölkələr arasında ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına müsbət zəmin yaratdığını deyib. Meksika Senatında keçirilmiş dünyanın bir çox bölgələrinə aid çoxsaylı mədəniyyət tədbirlərindən biri olan bu rəsm sərgisinin açılışında iştirakdan məmnunluq duyduğunu qeyd edən senator burada Qarabağın tarixi və təbiətinin  nümayiş etdirildiyini söyləyib. Beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayan X.R.Arispuro qlobal dünyada təcrid vəziyyətində yaşamağın mümkün olmadığını bildirib. 

 

Sonra sərginin açılış mərasimi keçirilib və tədbirdə iştirak edən Senatın vitse-prezidenti və 10 nəfər senatorun iştirakı ilə birgə açılış lenti  kəsilib.

 

Rəsmlər 31 oktyabr tarixinədək Senatda sərgilənəcək.

 

Tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxinə aid kitab və broşurlar sərgilənib, Azərbaycan və Meksika milli mətbəxi nümunələrindən ibarət ziyafət verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR