Bakı. Turan Şakir – APA. Azərbaycanın xalq artisti Mənsum İbrahimov Tacikistanda konsert verəcək. Bu barədə APA-ya xanəndə özü məlumat verib. Onun sözlərinə görə, konsert proqramı Tacikistanda 5-7 iyul tarixlərində keçiriləcək Dünya Musiqi Festivalı çərçivəsində baş tutacaq: “Bu festivala Azərbaycan tərəfindən “Qarabağ” muğam qrupu ilə birgə dəvət aldıq. Azərbaycanın xalq mahnıları və muğamlarından ibarət konsert proqramı hazırlamışıq”.
Xalq artistini səhnədə əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcək.