Bank Of Baku

Azərbaycan Mərakeşdə keçirilmiş beynəlxalq uşaq festivalında təmsil olunub - FOTO

Azərbaycan Mərakeşdə keçirilmiş beynəlxalq uşaq festivalında təmsil olunub  - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 13:42 (UTC +04:00)

Bakı-APA. Mərakeşdə keçirilmiş 2-ci Beynəlxalq Uşaq Festivalında Azərbaycan təmsil olunub.

 

Azərbaycanın Mərakeşdəki səfirliyindən APA-ya verilən məlumata görə, 27 sentyabr – 6 oktyabr 2013-cü il tarixlərində Mərakeş Krallığının Rabat şəhərində Mərakeş şahzadəsi Lalla Məryəmin himayədarlığı ilə 2-ci Beynəlxalq Uşaq Festival keçirilib. Sözügedən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin əməkdaşının oğlu Rəvan və qızı Fərəhnaz Məmmədbəylilər təmsil edib.

 

Festivala ölkəmizlə yanaşı Misir, Fələstin və digər ölkələrin nümayəndələri qatılıblar.

 

Minə yaxın uşağın iştirak etdiyi festivalın son günündə Rabat şəhərinin küçələrində karnaval yürüşü keçirilib. Rabatın mərkəzi küçəsindəki olan Parlament binasının önündə quraşdırılan səhnədə təqdim edilmiş Azərbaycanın “Naz eləmə” milli rəqsi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR