Bank Of Baku

ABŞ-ın məşhur “Meri Mak Brayd” qrupu Azərbaycanda səfərdədir

ABŞ-ın məşhur “Meri Mak Brayd” qrupu Azərbaycanda səfərdədir
# 16 sentyabr 2014 13:13 (UTC +04:00)

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər ABŞ səfirliyinin təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Mədəniyyət Elçiləri proqramı çərçivəsində reallaşıb. 

 

Meri, onun “No One’s Gonna Love You like Me” (“Səni heç kəs mənim kimi sevməyəcək”) adlı mahnısının  Akademiya mükafatını almış, “Brokeback Mountain-Qozbel Dağ” filmində ifasına görə qalib elan olunmuş və Elton Con tərəfindən onun 35 illiyinə həsr edilmiş “Goodbye Yellow Brick Road”adlı konsertində ifa etmək üçün seçilib.

 

Meri “Home Tour” adlı tur təsisçisidir. O, bu tur çərçivəsində canlı musiqidən məhrum olan insanların evlərində musiqi konsertləri təşkil edir. “Vaşinqton Post” qəzetinin “qeyri adi” adlandırdığı bu tur ABŞ-ın hər yerində və xaricdə “insanların ev saydığı yerlərdə” olub və  bura sağlamlığa qayğı mərkəzləri, kimsəsiz evləri, uşaq evləri, həbsxanalar, yaşayış icmaları, HİV/QİÇSə yoluxmuş  insanlar üçün fəaliyyət göstərən evlər və s. daxildir.

 

Meri Mak Brayd qrupu, ABŞ Səfirliyinin sponsorluğu ilə Azərbaycanda ikinci dəfə olaraq çıxış edir. Dünəndən başlanan və sentyabrın 25-dək davam edəcək proqram səfirliyin amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlər arası anlaşmanı və dostluğu təşviq etmək məqsədini daşıyır.

 

Qrup Azərbaycanın Xaçmaz, Qusar, Quba, Bakı, Lənkəran, Salyan, və Naxçıvan şəhərlərində  ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün bir sıra ustad dərsləri keçirəcək. 

 

Qrupunun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR