Bakı. Xanım Nağıyeva – APA. İyunun 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Toska” operasının tamaşası keçiriləcək.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Toska partiyasını ifa etmək üçün ilk dəfə olaraq İstanbul Opera və Balet Teatrının aparıcı solisti Dəniz Yetim Bakıya dəvət olunub.
Tamaşada Gürcüstanın xalq artisti, dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili (Kavaradossi)və Azərbaycanın xalq artisti Əvəz Abdullayev (Skarpia) də çıxış edəcək. Tamaşanı Azərbaycanın xalq artisti, professor Rauf Abdullayev idarə edəcək.