Bank Of Baku

Milli Dram Teatrının kollektivi Makedoniyada beynəlxalq festivalda iştirak edəcək - FOTO

Milli Dram Teatrının kollektivi Makedoniyada beynəlxalq festivalda iştirak edəcək - <span style="color: red;">FOTO
# 21 may 2014 15:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Akademik Milli Dram Teatrının kollektivi Makedoniyanın paytaxtı Skopyedə keçirilən Milli Teatrların Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 25-dən iyunun 5-dək keçiriləcək festivalda teatr Vladimir Zuyevin “Sülh göyərçini” pyesi əsasında hazırlanmış “Mən... Biz...” adlı monotamaşa ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Pyesin tərcüməçisi və ifaçısı əməkdar artist Ayşad Məmmədovdur.

48 dəqiqə davam edən monotamaşa həyatı komplekslər üzərində qurulan insanların faciəli həyatından bəhs edir. Rejissor ideyasına görə, cəmiyyətdə, ailədə kompleksli insanları böyütmək günahdır, çünki onlar cəmiyyətin diri ölüləridir. Komplekslərlə, bivec, mərhəmətsiz böyüdülən insan gələcəkdə cəmiyyətdən təcrid, lüzumsuz, gərəksiz həyat ilə barışan, ölümünü gözləyən insanlardır.

Festivalda Akademik Milli Dram Teatrının tamaşası mayın 28-də Respublika günündə Makedoniya Milli Teatrının səhnəsində nümayiş olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR