Bank Of Baku

Milli qəhrəmanlardan bəhs edən “Qartal yuvası” sənədli-bədii filmi çəkilib

Milli qəhrəmanlardan bəhs edən “Qartal yuvası” sənədli-bədii filmi çəkilib
# 25 sentyabr 2013 08:24 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Milli qəhrəmanlardan bəhs edən “Qartal yuvası” sənədli-bədii filminin çəkilişləri başa çatıb. Filmin rejissoru və prodüseri Elnur Əliyevin APA-ya verdiyi məlumata görə, ekran əsəri  Qazax rayonundan olan üç milli qəhrəman: Rafiq Alicanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyatı və döyüş yolu haqqındadır. Rejissor bildirib ki, çəkilişlər Qazax, Füzuli, Şamaxı rayonlarında aparılıb. Filmin ssenari müəllifi  Kamran Qasımov, quruluşçu operatoru  Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır.

 

Film Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyinin  köməkliyi ilə çəkilib.

 

 “Qartal yuvası” Elnur Əliyevin milli qəhrəmanlara ithaf olunan sayca ikinci filmidir. Rejissor Gədəbəy rayonunun dörd milli qəhrəmanının döyüş yolundan bəhs edən “Alınmaz qalanın qəhrəmanları”ı filmini çəkib. Elnur Əliyev 2013-cü ildə “Ən yaxşı gənc prodüser” nominasiyasında “İlin gənc kinematoqrafı” Milli Mükafatına layiq görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR