Bank Of Baku

Mirzəağa Əliyevin 130 illiyi qeyd olunub

Mirzəağa Əliyevin 130 illiyi qeyd olunub
# 17 may 2013 17:42 (UTC +04:00)

Bakı. Xanım  Nağıyeva –APA. Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış Azərbaycan aktyoru Mirzəağa Əliyevin 130 illiyinə həsr olunan xatirə gecəsi keçirilib. APA-nın verdiyi məlumata görə, ilk öncə Dövlət Akademik Milli Dram Teatrı aktyorlarının iştirakı ilə 1937-ci ilin iyul ayında çap olunan  “Kommunist”  qəzetindən stenoqram oynanılıb. 

 

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə sənətkarın həyat yolu və zəngin yaradıcılığı haqqında məlumat verərək deyib ki, Mirzəağa Əliyev ilk dəfə səhnəyə “Müsibəti Fəxrəddin” tamaşasında Şahmar bəy rolunda çıxıb.

 

Mirzəağa Əliyevin 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışdığını qeyd edən M.Əlizadə aktyorun fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik olduğunu vurğulayıb.

 

Yubiley gecəsində aktyorun rol aldığı “Ölülər” (İsgəndər), “Hacı Qara” (Hacı Qara), “Arşın mal alan” (Məşədi İbad) tamaşalarından, “Almaz” (Səməndər), “Bakının İşıqları” (Əlibala), “Bismillah” (Molla Mirzə Əbdürrəhim) filmlərindən parçalar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR