Bank Of Baku

Moskvada “World Press Photo-2013” beynəlxalq sərginin açılışı olub - FOTO

Moskvada “World Press Photo-2013” beynəlxalq sərginin açılışı olub  - <span style="color: red;">FOTO
# 29 may 2013 12:06 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında 56-cı “World Press Photo-2013” beynəlxalq foto müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərginin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Krasniy Oktyabr” şokolad sexində keçirilən sərgidə 56-ı “World Press Photo-2013” beynəlxalq foto müsabiqəsinin qalibi, ötən ilin ən yaxşı fotosu nümayiş olunub. Bu foto isveçli fotoqraf Pol Hansen tərəfindən iki fələstinli körpənin dəfni zamanı çəkilib. Həmin fələstinli körpələr - bacı və qardaş İsrailin Qəzza zolağına raket zərbəsi endirməsi nəticəsində həlak olublar.

 

Sərgidə 200-ə yaxın şəkil nümayiş olunub. Müsabiqənin münsiflər heyəti dünyanın 124 ölkəsindən olan 6 min müəllifin 103 min ədəd fotosundan seçim ediblər. 


Qeyd edək ki, “World Press Photo-2013” beynəlxalq sərgisi mayın 30-dək davam edəcək.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR