Bank Of Baku

Musiqili Teatrın kollektivi şimal bölgəsində səfərdə olacaq - FOTO

Musiqili Teatrın kollektivi şimal bölgəsində səfərdə olacaq - <span style="color: red;">FOTO
# 03 iyun 2014 13:20 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət Musiqili Teatrı bölgələrə növbəti qastrol səfərinə hazırlaşır. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın repertuarında olan “Hərənin öz ulduzu” (Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası iyunun 11-də Xaçmaz, 12-də isə Quba şəhərlərində nümayiş etdiriləcək.

 

Tamaşada əsas rollarda respublikanın xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva çıxış edəcəklər. 

 

Teatr rəhbərliyinin təşkilatçılığı ilə keçirilən qastrol səfərinin məqsədi, yay mövsümü ilə əlaqədar olaraq bölgə əhalisinin mədəni istirahətini, eləcə də bölgələrdə yaşayanların sevimli teatrı və aktyorları arasında canlı təmas yaratmalarını yüksək səviyyədə təmin etməkdir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR