Bank Of Baku

Muzey Mərkəzində Qurtuluş Gününə həsr olunmuş “Əsrlər-nəsillər” sərgisi açılıb

Muzey Mərkəzində Qurtuluş Gününə həsr olunmuş “Əsrlər-nəsillər” sərgisi açılıb
# 15 iyun 2013 08:30 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Muzey Mərkəzində 15 iyun - Qurtuluş Gününə həsr olunmuş respublika rəsm müsabiqəsinin yekunu – “Əsrlər-nəsillər” sərgisi açılıb.


APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixində əlamətdar gün olduğunu deyib: “Həmin andan dövlətçiliyimizin yeni mərhələsinin başlandı. Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevi təkidlə hakimiyyətə qaytarmasının uzaqgörənliklə verilmiş bir qərar oldu. Ölkənin müstəqilliyinin bərpası və qorunub saxlanılması missiyasının ulu öndər Heydər Əliyevin öz üzərinə götürdü və prezident İlham Əliyevin isə bu missiyanı layiqincə davam etdirdi. Aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında xüsusi çəkiyə, böyük mədəniyyətə, tarixə, güclü iqtisadiyyata və turizm potensialına malik bir ölkə kimi tanınır. Azərbaycanın inkişafında və tanınmasında mədəniyyət sahəsində çalışan insanların da böyük rolu var”.
 

Ə. Qarayev “Əsrlər-nəsillər” sərgisinin Azərbaycanın dünənini, bu gününü və gələcəyini birləşdirdiyini söyləyib. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov sərgidəki əsərlərin bir neçə illərin məhsulu olduğunu bildirib: “Rəssam əsəri yaradarkən həm tarixi açmalı, həm də rəssamlığını itirməməlidir”.
 

Tədbirdə bu mövzuda sərginin ilk dəfə açıldığı və ənənəvi olaraq təşkil edilməsinin nəzərdə tutulduğu vurğulanıb. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, qobelen, dekorativ tətbiqi sənət nümunələrindən ibarət 119 iş təqdim olunub.


Ekspozisiyasına Azərbaycan tarixinin hadisələrini, görkəmli tarixi şəxsiyyətlərin fəaliyyətini, qəhrəmanların millətin varlığı və dövlətçilik ənənələrinin yaşadılması, müstəqillik, suverenlik, ölkəmizin ərazi bütövlüyümüzün təmin olunması uğrunda göstərdikləri şücaətləri əks etdirən əsərlərin daxil olduğu sərgi iyunun 17-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR