Bank Of Baku

Naxçıvan Dövlət Dram Teatrı teatr mövsümünə yekun vurub

Naxçıvan Dövlət Dram Teatrı teatr mövsümünə yekun vurub
# 15 iyul 2013 13:05 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. Naxçıvan Dövlət Dram Teatrı teatr mövsümünə yekun vurub. Teatrın direktor əvəzi, xalq artisti Rza Xudiyevin APA-ya verdiyi məlumata görə, mövsümə Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” əsəri ilə yekun vurulub. Səhnə əsəri Naxçıvan Dövlət Dram Teatrının səhnəsində oynanılmaqla yanaşı, Şahbuz, Babək, Şərur, Kəngərli rayonlarında da nümayiş etdirilib. Əsas rollarda xalq artisti Rza Xudiyev (Koroğlu), əməkdar artist Elmira Kərimova (Telli xanım), əməkdar artist Xəlil Hüseynov (aşıq Cunun) çıxış ediblər. Səhnə əsərinin rəssamı Əbülfəz Axundovdur.

 

Rza Xudiyev bildirib ki, teatr sentyabrın 18-dən yeni mövsümü açıq elan edəcək. Yeni teatr mövsümündə iki tamaşanın – Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərinin motivləri əsasında hazırlanacaq“Manqurt” və Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” tamaşalarının təhvil verilməsi nəzərdə tutulub.

   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR