Bank Of Baku

Nəhəng rezin ördəyin Bakıya gəlişi təxirə salınıb

Nəhəng rezin ördəyin Bakıya gəlişi təxirə salınıb
# 03 sentyabr 2013 13:23 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Hollandiyalı rəssam Florentin Hofmanın ideyası ilə yaradılmış 12 metrlik “Rezin ördək balası”nın Bakıya gətirilməsi müvəqqəti təxirə salınıb. APA-nın məlumatına görə, bu haqda “YARAT” Müasir İncəsənət Mərkəzinin “Facebook” səhifəsində məlumat verilib: “Təəssüflə nəzərinizə çatdırmaq istəyirik ki, qeyri-münasib hava şəraitinə görə 2013-cü ilin 5 sentyabr tarixində Bakı bulvarında gözlənilən Hollandiya incəsənət xadimi Florentin Hofman tərəfindən yaradılmış “Rezin Ördək” əsərinin təqdimat mərasimi təxirə salınır. Əfsuslar olsun ki, küləkli hava və dalğalı dəniz bizi rezin ördəyin suya buraxılmasından çəkindirdi. Bununla əlaqədar olaraq sentyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində keçirilməsi planlaşdırılan Florentin Hofmanın “Həyatdan da üstün” adlı mühazirəsi də təxirə salınır”. 

 

Xatırladaq ki, beşmərtəbəli bina hündürlüyündə olan rezin ördəyin sentyabrın 5-də Dənizkənarı Milli Parkda suya buraxılması nəzərdə tutulmuşdu. “Ördək” indiyədək Nyu York, Tokio, Osaka və San-Paulo kimi böyük şəhərlərin körfəzlərində üzüb.

 

F. Hofman dünyada bu cür layihələri ilə tanınır.  Rəssamın 2010-cu ildə Braziliyanın San-Paulo şəhərinin mərkəzi parkında quraşdırdığı 15 metrlik “kök meymun”, 2011-ci ildə İsveçin Orebro şəhərciyi üçün hazırladığı “nəhəng sarı dovşan” və s. bu kimi əl işləri incəsənət aləmində maraqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR