Bakı. Turan Şakir - APA. Azərbaycanın xalq artisti Nəzakət Teymurova Türkiyənin Samsun şəhərində konsert verib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Samsun Beynəlxalq Musiqi və Səhnə Sənətləri” festivalı çərçivəsində konsert verən xanəndəni səhnədə xalq artisti Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarı bülbül” ansamblı müşayiət edib.
Türkiyə mətbuatında onu da qeyd ediblər ki, tamaşaçılar tərəfindən ən sevilən mahnı “Qal sənə qurban” olub. Konsertin sonunda xanəndə türk sənətçiləri ilə birgə “Demədimmi” türk mahnısını ifa edib.