Bank Of Baku

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə "Foundation for Peace Culture" təşkilatı arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə "Foundation for Peace Culture" təşkilatı arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb
# 28 may 2013 10:29 (UTC +04:00)

Bakı-APA. Madriddə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaraqozanın rəhbərlik  etdiyi "Foundation for Peace Culture" təşkilatı arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb. APA-nın məlumatına görə, bu müqavilə əsasında Sivilizasiyalar alyansı, Dinlər və Mədəniyyətlər arası dialoqda birgə əməkdaşlıq və Ali Qrupun toplantısının keçirilməsi daxildir.


 Federiko Mayor 1978-1987-ci illər YUNESKOnun Direktor müavini, 1987-1999cu illər Direktoru vəzifəsində çalışıb. Qədim İsgəndəriyyə Kitabxanasının yenidən qurulması kimi tarixi layihənin rəhbəridir.

O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və  Madrid Klubunun Azərbaycanda təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirakından məmnunluğunu bildirərək Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb.  

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının üzvü olan cənab Federiko Mayor  Mərkəzin yaranmasından qısa zaman keçməsinə baxmayaraq, göstərdiyi fəaliyyətdən məmnunluğunu bildirib və bu istiqamətdə dəstəyini əsirgəməyəcəyini deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR