Bank Of Baku

Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də açacaq

Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də açacaq
# 03 sentyabr 2013 12:28 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Opera və Balet Teatrının kollektivi yay istirahətini başa vurub.

 

Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın APA-ya verdiyi məlumata görə, yeni – 105-ci teatr mövsümü sentyabrın 18-də Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə açılacaq.

 

Tamaşada teatrın bir sıra aparıcı solistləri iştirak edəcək. Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur: “Bu teatr mövsümü ərzində bir neçə tamaşanın premyerası gözlənilir. İlk premyeramız sentyabrın 21-də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşəcək. İtalyan bəstəkarı Donesettinin “Sevgi şərbəti” operasını təqdim edəcəyik”. 

 

Ş.Ağamirzəyeva bildirib ki, tamaşaya quruluş vermək üçün teatrın rəhbərliyi Ukraynadan Nikola Trityanı dəvət edib: “Balet truppamız da yeni tamaşa üzərində çalışmağa başlayıb. Bu məqsədlə noyabr ayında rusiyalı xoreoqraf Nadejda Malugina ölkəmizə gələcək. Yeni tamaşanın quruluşunu da rusiyalı xoreoqraf həyata keçirəcək. Daha bir layihəmiz alman mütəxəssisləri ilə birgə gerçəkləşəcək. Onlarla Puçininin “Di Todaro” operasını səhnələşdirəcəyik. Ona görə Almaniyadan həm rejissor, həm də dirijor oktyabr ayında Bakıya gələcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR