Bank Of Baku

Opera və Balet Teatrında Qaraqanın “Son Renessans” adlı konserti keçiriləcək

Opera və Balet Teatrında Qaraqanın “Son Renessans” adlı konserti keçiriləcək
# 03 noyabr 2014 14:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Noyabrın 8-də Opera və Balet Teatrında Qaraqanın “Son Renessans” adlı konserti keçiriləcək.

 

APA-nın məlumatına görə, konsertdə hip-hop, rep musiqisi ilə canlı orkestrin sintezi təqdim olunacaq.

 

Qaraqan bildirib ki, Azərbaycan səhnəsində ilk dəfə olaraq konsert teatr və art haus film elementləri ilə bəzədiləcək. Konsertdə reper keçmiş və sonuncu albomundan yeni mahnılar ifa edəcək.

 

Qonaqlar arasında səfirliklərin nümayəndələri, tanınmış müğənnilər, aktyorlar və ictimai xadimlərin olacağı gözlənilir.

 

Qaraqan bildirib ki, konsertin məqsədi insanları bir araya yığıb əylənmək, əl çalmaq və mahnı oxumaq deyil, onların diqqətini həyatın bayağılığından ayırıb daha böyük dəyərlərin, daha üstün həqiqətlərin olmasını yada salmaqdır.

 

“Son Renessans”ın baş sponsoru “Bomba Kart”dır. Konsert “19 Group” və “Madhouse Community” tərəfindən təşkil olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR