Bank Of Baku

Opera və Balet teatrının balet truppası Şəkiyə qastrol səfərinə gedəcək

Opera və Balet teatrının balet truppası Şəkiyə qastrol səfərinə gedəcək
# 25 iyun 2013 13:14 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppası Şəkiyə qastrol səfərinə gedəcək. Teatrdan APA-ya verilən məlumata görə, səfər Şəkidə “Beynəlxalq İpəkyolu” festivalı çərçivəsində həyata keçiriləcək. Kollektiv iyunun 29-da Qara Qarayevin “Yeddi gözəl” baleti ilə çıxış edəcək. Xalq artisti Cavanşir Cəfərovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə nümayiş olunacaq baletin baletmeysteri Vasiliy Medvedyev, əsas rollarının ifaçısı isə xalq artisti Kamilla Hüseynova və əməkdar artisti Gülağasi Mirzəyevdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR