Bank Of Baku

Oya Ergün Rəşid Behbudovun “Sevgilim” mahnısına klip çəkdirir

Oya Ergün Rəşid Behbudovun “Sevgilim” mahnısına klip çəkdirir
# 21 may 2014 16:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün Rəşid Behbudovun ifa etdiyi “Sevgilim” mahnısına klip çəkdirir.

 

O.Ergünün APA-ya verdiyi məlumata görə, klip çəkilişləri Azərbaycan Dövlət Filarmoniyasında baş tutub.

 

Xanım sənətçi bildirib ki, R.Behbudovun mahnılarının hamısı ona əzizdir: “Amma mən “Sevgilim”i seçərək ona klip çəkdirmək istədim. Çəkilişlər elə Filarmoniyada oldu. İnşallah, bu yaxınlarda klip təqdim olunacaq. Düşünürəm ki, dinləyicilər məmnun qalacaqlar. Filarmoniyanın rəhbərliyinə - başda Afət Mikayılov olmaqla bütün kollektivə bu möhtəşəm binanın qapılarını mənim üzümə açdıqları üçün təşəkkürümü bildirəm. İnşallah, bu yaxınlarda Filarmoniyada konsert proqramı ilə çıxış etməyi planlaşdırıram”.

 

Qeyd edək ki, Oya Ergünün klipini gənc rejissor Fərhad Ali çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR