Bank Of Baku

Polşanın Poznan şəhərində Azərbaycan musiqisinə həsr edilmiş tədbir keçirilib - FOTO

Polşanın Poznan şəhərində Azərbaycan musiqisinə həsr edilmiş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 22 aprel 2015 13:00 (UTC +04:00)

Bakı-APA. Polşanın Poznan şəhərində Adam Miskeviç adına Poznan Universitetinin türkologiya fakültəsinin tələbəsi Zuzanna Goslavskanın təşkilatçılığı ilə Azərbaycan musiqisi gecəsi keçirilib.

 

Azərbaycanın Polşadakı Səfirliyindən APA-ya verilən məlumata görə, gecədə Həmid İbadullayev (balaban/dəf), Monika Koşçelna (skripka/kamança), Leşek Vıpixin (gitara) ifasında  Azərbaycan musiqisindən nümunələr səsləndirilib. Tədbir zamanı həmin fakültənin magistri Radoslav Andjeyevski tərəfindən Azərbaycana həsr edilmiş təqdimat keçirilib. Tədbirdə 100-dən çox polşalı dinləyici iştirak edib. Gecədə, həmçinin Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin əməkdaşları iştirak edib və açılış zamanı Səfirliyin ikinci katibi Xuraman İsmayılova çıxış edərək səfir Həsən Həsənovun adından qonaqları salamlayıb, Azərbaycan musiqisinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR