Bank Of Baku

Qara Qarayevin 96 illiyi münasibətilə xatirə tədbiri keçiriləcək

Qara Qarayevin 96 illiyi münasibətilə xatirə tədbiri keçiriləcək
# 03 fevral 2014 16:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Niyazinin ev muzeyində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 96 illiyi münasibətilə xatirə tədbiri keçiriləcək.

 

Muzeydən APA-ya verilən məlumata görə, tədbir Bülbül adına orta ixtisas musiqi məktəbi ilə birgə təşkil olunacaq.

 

Xatirə tədbirində tanınmış bəstəkarlar, musiqi xadimləri iştirak edəcək, bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açacaqlar.

 

Muzeydən bildiriblər ki, anım tədbirində Q.Qarayevin yeni əldə olunan fotolarından, əlyazma əsərlərindən və müxtəlif sənədlərdən ibarət sərgi təşkil olunacaq, musiqi məktəbinin tələbələrinin hazırladığı musiqi nömrələri nümayiş olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR