Bank Of Baku

Qazaxda “Kişi və qadın” səhnəyə hazırlanır

Qazaxda “Kişi və qadın” səhnəyə hazırlanır
# 02 iyun 2014 16:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Qazax Dövlət Dram Teatrı Əli Əmirlinin “Kişi və qadın” komediyasını səhnəyə hazırlayır.

 

Ə. Əmirlinin APA-ya verdiyi məlumata görə, dramaturgiyanın əbədi mövzularından olan kişi və qadın münasibətlərindən bəhs edən lirik komediyanın quruluşçu rejissoru xalq artisti Zülfüqar Abbasov, rəssamı Səyyad Məmmədovdur. Əsas rollarda teatrın aparıcı aktyorlarından Hacı Hacıyev, Xanım Məmmədova, Zəmanə Orucova və Nazilə Məmmədova çıxış edəcəklər.

 

Tamaşanın premyerası teatr mövsümünün sonuna nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR