Bunu həm maddi, həm mənəvi tərəfdən edə bilmədim. Elə sirlər var ki, açmamışam. Bəzən döydüyüm qapılar bağlı qalıb. Edə bilmədiklərim üçün gecələrim də yuxusuz keçib. Elə hey düşünmüşəm ki, niyə mən övladlarım üçün istədikləri hər şeyi edə bilmirəm. Uşaqlarıma da çox şeyi danışmamışam ki, deməsinlər atamızın gücü çatmadı. Düzdür, bacardığım nə varsa, etmişəm. Hətta yeri gəlib onlar üçün paltar da yumuşam, yemək də bişirmişəm. Amma elə vacib amillər olub ki, bacarmamışam”. Bu fikirləri APA TV-də yayımlanan “Kimsən sən” proqramının qonağı olan xalq artisti Rafael Dadaşov deyib.
Aktyor söhbətə öz adının tarixçəsi ilə başlayıb: “Hər şeyin düşər-düşməzi var. Elə adın da. İnsana ad qoyanda düşünülməlidir ki, o gələcəkdə utanc hissi verməsin. Mən anama sual verərdim ki, adımı niyə Rafael qoyub. Axı o zamanlar biz Avropadan çox uzaqda idik. Anam dedi ki, Rafael adını ona italiyalı rəssam sevdirib. Həmin rəssam Rafael Santi bir rəsm çəkmişdi. O zamandan sevmişdi bu adı və oğlu olunca bu adı ona verəcəyinə əmin idi. Adımı da qoyanda bəlkə də anam hiss etmişdi ki, bu, sənətə yaraşan addır. Özüm ata olanda uşaqlarıma ad qoymaqda çox düşündüm. Gərək adın gözəl mənası olsun. Adam öz adı ilə fəxr edəndə, naxışı da olur”.
Rafael Dadaşov özünü kinli adam hesab etmir: “Mən kinli adam deyiləm. Mənə olunan pisliyi unutmasam da, eyni cavabı vermirəm. Yeri gələndə sadəcə sözlə cavabını verib oturduram yerində. Amma heç vaxt pislik etmərəm. Bir misal da var ki, pisliyə yaxşılıq et. Mən bu atalar sözünü düzgün hesab etmirəm. Hər halda özüm də atayam və hər hansı sözü deyəcək gücdə hiss edirəm özümü. Pisliyə yaxşılıq etmək qeyri-səmimilikdir. Mən amma deyərdim ki, pisliyə qarşı pislik etmə. Yəni düşmə o adamın yanına, onun tayı olma”.
Məhəbbətdən söz açan sənətkar sevgini cənnətlə belə müqayisə edib: “Sevgi naməlum vəziyyətdir. Sevgidə qürur olmamalıdır. Sevgi elə bir vəziyyətdir ki, nə aşağısı, nə də yuxarısı var. Hər iki tərəf eyni yerdədir. Sevgidə tam bərabərlikdir. Burada hər iki nəfər həm qul, həm də ağadır. Küsmək, barışmaq, addım atmaq kimi məsələlər isə məişətə aiddir, sevgiyə yox. Sevgi naməlum vəziyyətdir. Hərdən cənnətə də çevrilir. Ancaq bütün hallarda bilməliyik ki, kişi güclü məxluqdur. Yükün ağır hissəsi də onun çiyninə düşməlidir. Amma bu fiziki cəhətdəndir. Qadınlar o qədər güclüdür ki, onların yükünü hər kişi çəkə bilməz”.
Aktyor iddia edir ki, sevmədən obraza girmək mümkün deyil: “Səhnədə sevməsəm, oynaya bilmərəm. Səhnədə hər tərəf-müqabilimə məhz səhnədə vurulmuşam. Səhnədən enəndən sonra, tamaşa qurtararkən hər şey bitib. Amma obraza o qədər daxil olmuşam ki, rol xətrinə deyil, həqiqətən sevmişəm sanki. Tamaşaçılar da həyatda sevdiyimə inanıblar. O qədər ürəkdən oynamışam. Ümumiyyətlə, mənim saysız obrazlarım olub. Hər biri də bir-birindən dəyərli və üstün idi. Obrazlarımı saysam, görünər ki, bu, bütün aktyorların arzusu ola bilər. Ancaq ürəyimdə qalan rol da olub. Düzdür, azdır, amma var”.
Rafael Dadaşov tamaşaçılardan heç kimə şər atmamağı xahiş edib: “ “Bəzi tamaşaçılara demək istəyirəm ki, heç kimə heç vaxt şər atmasınlar. Mən demirəm ki, bizi tərifləyin. Amma pisləməyin də. Çalışın, bizi qaralamayın. Belə söhbətlər adamın qol-qanadını sındırır. Biz sənətkarıq və ömrümüzü sizə sərf edirik. Deyirlər ki, almaz ləkə götürməz. Biz almaz deyilik, amma bilin ki, nə qədər qaralasanız da, ləkə götürməyəcəyik”.
Rafael Dadaşov: “Səhnədə hər tərəf-müqabilimə vurulmuşam” - VİDEO
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Ukraynanın Belqoroda hücumu nəticəsində iki nəfər ölüb
Türkiyə Şimali Kiprə axtarış gəmisi göndərib itkinləri 500 metr dərinlikdə axtaracaq
Gəncədə fərdi yaşayış evində yanğın olub - VİDEO - YENİLƏNİB
Peskov: Rusiya Ukrayna üzrə danışıqlara açıq olaraq qalır
Şimali Kiprdə 3 günlük milli matəm elan edilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib
Oman sahillərində daha bir tanker mərmi atəşinə məruz qalıb
Türkiyədə 30 Avqust Zəfər Bayramı ilə bağlı bir sıra konsertlər ləğv edilib
Putin Aİ-yə üzvlüklə bağlı referendum məsələsində Rusiyanın mövqeyini Paşinyana açıqlayacaq
Peskov: Putin-Tramp-Zelenski sammiti yalnız danışıqların sonunda keçirilə bilər
Hakan Fidan İstanbulda İshaq Dar ilə görüşüb
KİV: Ağ Evin mətbuat katibinin istefası Tramp administrasiyasında təəccüb doğurub
Şimali Kipr sahillərində gəmi batıb, 242 nəfər xilas edilib, 8 nəfər ölüb, 17 nəfərin axtarışı davam etdirilir - YENİLƏNİB-6
Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib
Leysan olacaq - XƏBƏRDARLIQ
ABŞ-da atışma olub, 2 nəfər ölüb, 9 yaralı var
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
PUA hücumuna məruz qalan tanker Türkiyə sahillərində saya oturub
Aİ mənzillərin qısamüddətli kirayəyə verilməsinə qarşı qanun layihəsi hazırlayır
BDYPI leysan yağışlarla əlaqədar hərəkət iştirakçılarına çağırış edib
ABŞ İspaniyadakı aviabazanın modernləşdirilməsinə 100 milyon dollara qədər vəsait xərcləyəcək
İran gəmilərin Hörmüz boğazından rüsum ödəməklə keçdiyini iddia edir
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nepal və Çində daşqında ölənlərin sayı 768 nəfərə çatıb - YENİLƏNİB
İslandiyada Avropa İttifaqına üzvlüyün əleyhdarları referendumda qalib gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb