Bank Of Baku

Rafiq Hüseynov: “Əsas odur ki, mən heç nədən qorxmuram” 

Rafiq Hüseynov: “Əsas odur ki, mən heç nədən qorxmuram” 
# 11 dekabr 2014 14:15 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Müayinənin nəticələri o qədər də ürəkaçan deyil. Dekabrın 21-də Türkiyədə yenidən müayinə olunacağam. Həkimlər dedilər şübhəli şeylər var, əlavə problemlər yaranıb”.

 

Bunu APA-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib. O bildirib ki, həkimlər son qərarı vermək üçün növbəti müayinənin nəticələrini gözləməyə məcburdurlar. R. Hüseynov yenidən əməliyyat olunmaq ehtimalını istisna etməyib: “Müayinənin nəticəsindən asılı olaraq yenidən əməliyyat oluna bilərəm. Əsas odur ki, mən heç nədən qorxmuram”. 

 

Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR