Bakı. Turan Şakir – APA. İyunun 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor Tofiq Kazımovun 90 illik yubileyi keçiriləcək. Bu barədə APA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. İranə Talıbzadənin rejissoru olduğu yubiley mərasimində rejissorun quruluş verdiyi tamaşalardan səhnəciklər göstəriləcək.