Bank Of Baku

Rəssam Emil Əzizin “Yuxularım” adlı ikinci fərdi sərgisi açılacaq

Rəssam Emil Əzizin “Yuxularım” adlı ikinci fərdi sərgisi açılacaq
# 26 mart 2015 10:10 (UTC +04:00)

 

Bakı. Cavid Zeynallı – APA. Aprelin 3-dən 5-dək Bakıda rəssam Emil Əzizin “Yuxularım” adlı ikinci fərdi sərgisi açılacaq.

 

APA-nın məlumatına görə, Muzey Mərkəzində baş tutacaq sərgidə rəssamın 40-dan çox yeni əsəri nümayiş olunacaq.

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək “Yuxularım” sərgisində rəssam qadın və dəb mövzusunda olan işlərlə yanaşı, təbiət mənzərəli əsərlərini, müxtəlif şəhərlərin, eləcə də Bakının yer aldığı rəsmlərini təqdim edəcək.

 

Sərgiyə giriş sərbəstdir.

 

Qeyd edək ki, Emil Əziz uzun müddətdir Türkiyədə yaradıcılıqla məşğul olur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR