Bu sözləri APA TV-də yayımlanan "Ulduz axını" verilişinin qonağı olan tanınmış rəssam Səhhət Veysov söyləyib.
Rəssam sənətin onun üçün nə demək olduğunu belə izah edib: "Həyat o qədər darıxdırıcı olur ki, adama elə gəlir ki, işlətdiyin rənglər, çəkdiyin əsərlər narkotikdir. Hər şeydən uzaqlaşıb, kənarlaşmaq istəyəndə istifadə edirsən. Rənglərlə ünsiyyətimin səbəbi bəzən hər şeydən qaçmaq istəməyimdir. Mən rəssam deyiləm, özüm üçün həyat yaratmışam".
Müasir dövrdə incəsənət aləmində hər şeyin şoudan ibarət olduğunu deyən Səhhət Veysov keçmişlə müqayisə aparıb: "Bizim dövrümüzdə musiqidə də, rəssamlıqda da, ümumiyyətlə sənətdə irəliləyiş olmuşdu. İndiki dövrdə heç nə yoxdur. Əyri oturub düz danışsaq, indi hər şey bir az təlxəklik xarakteri daşıyır. Demək olar ki, incəsənətimiz sönüb. Salonlara girəndə elə bil qəbiristanlığa girirsən. Elə heykəllər var ki, Allah göstərməsin... Konkret desək, dizayn mədəniyyəti əmələ gəlib, zövq ölüb. Bu, əməlli başlı sondur, incəsənətin ölümüdür".
Qocaman rəssam indi göz qabağında olmamağının səbəbini açıqlayıb: “Mənim üçün keçmişlə bu gün və gələcək arasında divar yoxdur. Hər şey bir axınla gedir. Artıq mən öz daxilimə çəkilmişəm. Çünki yeni dövr başlayıb. O dövrdə ya təlxək olmalı idin, ya da qladiator kimi vuruşmaq lazım idi. İndi bütün dünyada belədir, rəssamlar ya məğlub olublar, ya da qladiator kimi vuruşurlar. Məncə, vuruşmaq üçün gec idi. Çünki dövr artıq qocalıb".
Səhhət Veysov Azərbaycan ədəbiyyatının dünya klassikləri ilə müqayisəsinə toxunub: "Biz bəzi yazıçılarımızı az qala Şekspir mərtəbəsinə qaldırırıq. Amma bəzi əsərlər gerçəkdən şedevrdir. Mən Çəmənzəminlini dahi hesab edirəm. İnsanların Çəmənzəminliyə olan susqunluqları onunla razılaşmaqdır, sevməkdir. İnsanların senzurasından keçəndə onlar susurlar".
Uzun illərini sənətə həsr edən rəssam qısqanclığın insana əngəl olduğunu deyib: "Bir çox qüsurlar var ki, onu həzm etmək olar. Amma paxıllığı yox. Paxıllıq şeytani hissdir. İndi Solyeri kimi dahi sənətkarları tapmaq çətindir. Lakin görün paxıllığı ona nə etdi? Onun paxıllığı Motsartı öldürmədi, onun özünü öldürdü. Mən paxıl deyildim. Ona görə məni də öldürə bilmədilər. Ancaq öz-özlərini öldürdülər".
Səhhət Veysov çəkişmələrdən uzaq olmasını belə əsaslandırıb: "Keçmişdə şəxsiyyətlər insanlardan qaçırdı. Mən heç vaxt cəmiyyətdən qaçmamışam. Əksinə, Rumi demiş, insanların arasında olmuşam. Lakin elə bir vaxt oldu ki, axın gəldi. Onda qaçmağa məcbursan. Və mübarizədə də zövq almaq lazımdır. Mən zövq almadığım mübarizədən iyrənirəm. Həşəratlarla mübarizə aparmaq çətindir ".
Rəssam əsərlərində təsvir etdiyi obrazların əslində öz həyatını əks etdirdiyini deyib: "Bütün portretlər elə rəssamın öz simasıdır".
Rəssam Səhhət Veysov: "Zövq almadığım mübarizədən iyrənirəm" - VİDEO
İncəsənət
Kadir İnanır vəfat edib
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Xəbər Lenti
Türkiyədə 3,6 bal gücündə zəlzələ olub
Türkiyə XİN: İsrail 1915-ci il hadisələri ilə bağlı qərarı ilə öz cinayətlərini ört-basdır etməyə çalışır
Venesuelada zəlzələnin dağıntıları altından 33 nəfər xilas edilib
Qətər vətəndaşı gəmidə qəlpə yaralarından ölüb
Putin daxili bazar üçün yanacaq təchizatı ilə bağlı müşavirə keçirib
Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldılıb - FOTO
Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd ola bilər
Böyük Britaniyada anomal istilər davam edir, ölənlər var
Vilayəti: "Hizbullah" Livanın müstəqilliyinin dayağıdır
Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub - FOTOLENT
Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub, yollarda hərəkət məhdudlaşıb
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
İsrail ordusunun Baş Qərargah rəisi: Livanla tarixi razılaşma hərbi uğurlar sayəsində mümkün olub
Venesuelada zəlzələnin miqyası böyüyür, 60 min bina dağılıb və ya zədələnib
Ağdərədə baş verən qəzada xəsarət alanların adları açıqlanıb - FOTO - YENİLƏNİB-3
ÜST-ün baş direktoru: Avropada isti havalara görə, 1300-dən çox ölüm hadisəsi qeydə alınıb
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb - YENİLƏNİB
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTOLENT - YENİLƏNİB-2
Səudiyyə Ərəbistanında helikopter qəzaya uğrayıb, 14 nəfər ölüb
İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Cüdoçularımızdan Avropa Açıq Turnirində 3 medal qazanıb
Fransada rekord istilər qeydə alınıb, minə yaxın insan ölüb
Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərinə səfər edib - FOTOLENT
İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib, layihə Knessetə çıxarılacaq
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
DİM: İyunun 27-də keçirilməli olan qabiliyyət imtahanı təxirə salınıb, iyulun 7-də keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib - FOTOLENT - VİDEO - YENİLƏNİB-2
Sabah çimərliklərdə hava küləkli olacaq
Bakıda külək əsir, rayonlarda yağış yağır - FAKTİKİ HAVA
İran Bəhreynə zərbə endirib, yaşayış binasına zərər dəyib, daha qəti addımlar olacağı bəyan edilib
Azərbaycanın rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
KİV: Ukrayna Rusiya hərbi-sənaye kompleksinə zərbələrin sayına görə rekord müəyyənləşdirib
Kallas: Aİ Venesuelaya zəlzələdən sonra dəstək üçün 5 milyon avro ayırıb
İran İtaliyanı ABŞ-İsrail müharibəsinə dəstəyə görə tənqid edib
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
DÇ-2026: Messi dünya mediasının gündəmi olub
Ukrayna Rusiyanın ən müasir silahlarının sirlərini açıqlayıb
Keniyada təhsildə ingilis dilinə etiraz edilir
Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb
Venesuelada zəlzələ qurbanlarının sayı getdikcə artır - YENİLƏNİB
İsrail ordusu Livanda “Hizbullah” üzvlərini öldürdüyünü açıqlayıb
DÇ-2026: pley-off mərhələsinə yüksələn komandalar və turnir cədvəlində son vəziyyət
Rusiya gecə saatlarında Kiyevə hücum edib, yaralananlar var
İranın xarici işlər naziri İraqa səfər edib
İran XİN: ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir