Bakı. Cavid Zeynallı - APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı
94-cü mövsümü sentyabrın 20-də İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşası ilə açacaq.
Teatrdan APA-ya verilən məlumata görə, sentyabrın 21-də Pedro Kalderonun “Məhəbbətlə zarafat etmirlər” lirik komediyası, 26-da Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış eyni adlı tamaşa, 27-də Rey Kuninin “Həddən ziyadə evli taksi sürücüsü” komediyası nümayiş olunacaq.
Teatrdan bildiriblər ki, kollektiv sentyabrın 29-da yeni mövsümün ilk premyerası olan “Parodiyalar paradı” tamaşasını təqdim edəcək.
Azyaşlı tamaşaçılar isə sentyabrın 21-də Yekaterina Çernyakın “Gözəl Vasilisa”, ayın 22-də A.Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl” tamaşalarına baxa bilərlər.