Bakı. Cavid Zeynallı – APA. Rusiya Dövlət Sirki Bakıya qastrol səfərinə gələcək.
Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun APA-ya verdiyi məlumata görə, “Fəvvarələrin qış nağılı” adlı şousu dekabrın 26-dan başlanacaq.
Bakı Dövlət Sirkinin səhnəsində xüsusi avadanlıq quraşdırılıb. Proqrama lazer, sirk şousu ilə yanaşı əhliləşdirilmiş heyvanlar, hava gimnastları, Şaxta baba, Qar qız və digər nömrələr də daxildir.
Nümayişlərdə ilk dəfə azərbaycanlı tamaşaçılara təqdim olunacaq nömrələr də yer alıb. Yanvarın ortasınadək davam edəcək proqram müddətində gün ərzində bir neçə seans təqdim olunacaq.
Biletlər 8-15 manatadır.