Bakı. Turan Şakir – APA. İyunun 13-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan-Rusiya. Musiqi paralelləri" adlı sərginin açılış mərasimi keçiriləcək.
Muzeydən APA-ya verilən məlumata görə, sərgidə Rusiya, Belarus, Ukrayna kimi ölkələrdə Azərbaycanın tanınmış incəsənət xadimləri haqqında keçirilmiş tədbirlərin foto şəkilləri nümayiş olunacaq. Tədbir paralel şəkildə olduğu üçün Azərbaycan tərəfindən də Rusiyanın məşhur musiqiçiləri haqqında keçirilmiş tədbirlərdən çəkilən və kolleksiyada olan şəkillər nümayiş olunacaq.
İki gün davam edəcək sərgi iyunun 15-də yekunlaşacaq.