Bank Of Baku

Sarayevoda keçiriləcək kinofestivalda Azərbaycan da təmsil olunacaq

Sarayevoda keçiriləcək kinofestivalda Azərbaycan da təmsil olunacaq
# 31 iyul 2013 11:21 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Rusiyada yaşayan azərbaycanlı rejissor Rodion İsmailovun “Doğma ocaq” sənədli filmi 16-24 avqust tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək kinofestivalda Azərbaycanı təmsil edəcək.

 

“Sinema evi” (Azərbaycan) və “DS film” (Rusiya) studiyalarının müştərək istehsalı olan film Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət Nazirliklərinin maliyyə dəstəyi ilə Tovuzun Köhnəqala kəndində çəkilib. Xronometrajı 63 dəqiqə olan ekran əsərinin operatoru Mixail Qorubçik, bəstəkarı Vladimir Kuptsovdur.

 

Kinolent VIII Rusiya antropoloji filmlər festivalında “Şaken ulduzları” XI beynəlxalq festivalında mükafata layiq görülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR