Bank Of Baku

Səlcuq dövlətinin tarixinə həsr olunmuş sənədli filmin təqdimatı olub

Səlcuq dövlətinin tarixinə həsr olunmuş sənədli filmin təqdimatı olub
# 18 iyun 2013 15:59 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Türkiyədə prezident Abdullah Gülün dəstəyi ilə gerçəkləşən “Böyük Səlcuq mirası” layihəsi çərçivəsində Səlcuq dövlətinin tarixinə həsr olunmuş sənədli filmin təqdimatı olub.

APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 180 dəqiqəlik filmin ərsəyə gəlməsi üçün 12 ölkə və Azərbaycanın Naxçıvan Muxtar Respublikasında video çəkilişlər aparılıb. Layihənin rəhbəri İbrahim Savaş bildirib ki, çəkilişlər ölkələrin tarixi ərazilərində və muzeylərində olub: “Layihəyə prezident Abdullah Gül dəstək verdikdən sonra iki cildlik foto-albom və üç cildlik memuar hazırladıq”.

Filmin çəkilişləri ərəfəsində Naxçıvanda olan nümayəndə heyəti Azərbaycan muzeylərində Səlcuq dövlətinə aid materiallardan istifadə edib.

2009-cu ildən start götürən layihənin əsas məqsədi Səlcuq imperiyasına daxil olmuş ərazilərin və orada yaşamış xalqların bugünkü yaşayış tərzləri və həmin dövrün maddi-mədəni irsini araşdırmaq olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR