Bakı. Cavid Zeynallı – APA. Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla görüşüb. Teatrdan APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub.
Görüşdə əldə olunan ilkin razılığa əsasən, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, pyes mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin gerçəkləşdirilməsi planlaşdırılıb.
Qonaqlar Akademik Milli Dram Teatrında serb dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında hazırlanan “Nazirin xanımı” tamaşasına baxıblar.