Bank Of Baku

Sumqayıt Dövlət Musiqili Dram teatrında yeni tamaşa hazırlanır

Sumqayıt Dövlət Musiqili Dram teatrında yeni tamaşa hazırlanır
# 29 may 2013 10:53 (UTC +04:00)

 

Bakı. Xanım Nağıyeva - APA. Sumqayıt Dövlət Musiqili Dram teatrında “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dədə Qorqud” pyesinin məşqləri gedir. Teatrdan   APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı isə əməkdar rəssam Mübariz Gəncəli, geyim üzrə rəssam Nizami Dadaşovdur.

 

Tamaşada əməkdar artist Fəranə Musayeva, İlqar İbrahimov, Mövsüm İbrahimov, Habil Xanlarov, Vəfa Qurbanova, İlahə Səfərova, Oqtay Mehdiyev və başqaları rol alıb.

 

Dövlət sifarişi ilə hazırlanan tamaşa teatr mövsümünün sonunadək nümayiş olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR