Bank Of Baku

Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Narkoman” tamaşasının premyerası olub

Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Narkoman” tamaşasının premyerası olub
# 03 noyabr 2014 16:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sumqayıt Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Kamran Nəzirlinin "Narkoman” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub.

 

APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, ikinci rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikanın əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

 

Tamaşada əsas rolları aktyorlar Yeganə Məmmədəliyeva, Cəlal Məmmədov, Şəhla Məmmədova, İradə Zeynalova, Sevda Hüseynova, İlqar İbrahimov, Rövşən Əsgərov və başqaları ifa ediblər.

 

Əsərin mövzusu və məzmunu müasir həyatda baş verən hadisələrdən götürülüb. Qəhrəmanlar müqəddəs ailə dəyərlərinin milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda mübarizə aparırlar.

 

Teatrdan bildiriblər ki, səhnə əsərinin müxtəlif bölgələrdə nümayişi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR